Bu azərbaycanlı gözəl dünya çempionu oldu-FOTOLAR

Bu azərbaycanlı gözəl dünya çempionu oldu-FOTOLAR

Pauerliftinq üzrə növbəti dünya çempionatı Amerikanın Florida ştatinda noyabr ayının 12 –dən start götürüb. 

Soport7.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bu çempionatda həmyerlimiz,Azərbaycan yığma komandasının favoriti, 2012-2014- cü illər ərzində üçqat mütləq Avropa, ikiqat mütləq dünya çempionu, Heydər Əliyev kubokunun sahibi olan Günel Talıbova da çıxış edib.

O, növbəti dəfə dünya çempionu olub. Üç hərəkətin cəmi olaraq xanım idmançımız 56 kq çəki dərəcəsində 430 (150-90-190) kq qaldırıb. Bununla da yeni dünya rekordlarını təzələyib. 

Qeyd edək ki, Günel Talıbova mütləq dünya rekordçusudur. Onun haqqında Amerikanın, Rusiyanın və digər ölkələrin mətbuatında kifayət qədər yazılar dərc olunub. Həmçinin xeyli sayda müsahibələri yerli və dünya mətbuatda yer alıb.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR