"Bu əsla baş tutmamalıdır" - Yurgen Klopp

"Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Superliqasının yaradılmasına münasibət bildirib.

Sport7.az xəbər verir ki, almaniyalı mütəxəssis bu turnirin yaradılmasına qarşıdır. Klopp "qırmızılar”ın Superliqaya qatılma qərarını dəstəkləmədiyini etiraf edib: "Avropa Superliqası maliyyə baxımdan önəmlidir. Ancaq əsla baş tutmamalıdır. "Liverpul” və "Real”ın ardıcıl 10 il üz-üzə gələcəyi bir turnirdə həyəcanın qalacağını söyləyə bilmərik”.

Superliqada "Liverpul”la yanaşı, "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Çelsi”, "Arsenal”, "Barselona”, "Atletiko”, "Real”, "Milan”, "İnter” və "Yuventus”un iştirakı təsdiqlənib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR