Bu gün

Bu gün "Qarabağ"ın avrokuboklardakı rəqibi bilinəcək

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Sport7.az xəbər verir ki, püşkatma mərasiminin keçiriləcəyi yer İsveçrənin Nyon şəhəridir.

Azərbaycan təmsilçilərindən "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də mümkün rəqibləri bəlli olacaq. Ağdam təmsilçisi püşkə səpələnmişlər, digər ikisi isə səpələnməmişlər səbətində yer alıb. Bu isə o deməkdir ki, "Qarabağ" "Keşlə" və "Sumqayıt"a nisbətən daha zəif rəqiblə qarşılaşacaq.

Konfrans Liqasının II təsnifat mərhələsində Çempionlar yolu və Əsas yol olacaq. Çempionlar Liqasının (ÇL) ilkin mərhələsində mübarizəni davam etdirməyən 3 komanda və ÇL-in I təsnifat mərhələsində uduzan kollektivlər yollarına Konfrans Liqasının II təsnifat mərhələsindən davam edəcək.

Bu isə o deməkdir ki, Azərbaycan çempionu "Neftçi" ÇL-in I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna uduzsa, Konfrans Liqasının II təsnifat mərhələsin oynayacaq.
 
Saat 15:30-da start götürəcək püşkatmada təmsilçimizin potensial rəqibləri 5-ə enib:
 
"Velej" (Bosniya və Herseqovina) / "Koloreyn"(Şimali İrlandiya)
"Payde" (Estoniya) / "Şlensk" (Polşa)
"Laçi" (Albaniya) / "Podqoritsa" (Monteneqro)
"Aşdod" (İsrail)
"Lokomotiv" (Bolqarıstan)

Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR