Bu klub stadionunu koronavirusla mübarizə üçün xəstəxanaya çevirəcək

Bu klub stadionunu koronavirusla mübarizə üçün xəstəxanaya çevirəcək

Braziliya klubu "Korintians”ın ev oyunlarını keçirdiyi "Pakaembu” stadionu koronavirus pandemiyasına yoluxan xəstələri müalicə etmək üçün açıq hava xəstəxanasına çevriləcək.

Sport7.az xəbər verir ki, stadion ərazisində 200-dən çox çarpayının yerləşdiriləcəyi və işlərin 10 gün müddətində yekunlaşacağı bildirilib.

"Pakaembu” Braziliyada koronavirusun ən çox yayıldığı San-Paulo şəhərində yerləşir və tutumu 42 mindir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR