“Bu, məsuliyyətsiz qərardır” - Bundesliqadan rəsmi münasibət

“Bu, məsuliyyətsiz qərardır” - Bundesliqadan rəsmi münasibət

Almaniya Futbol Liqası (DFL) Avropanın aparıcı klublarının yaratdığı Superliqaya münasibət bildirib.

Sport7.az xəbər verir ki, qurum bunun dünya futboluna böyük zərbə vurduğu qənaətindədir. DFL-in məsələ ilə bağlı rəsmi münasibəti belə olub: "Almaniya Futbol Liqası hər hansı Superliqa konsepsiyasının əleyhinədir. İngiltərə, İspaniya və İtaliya klublarının iqtisadi maraqları ön plana çıxmamalı və Avropa futbolunun bütün sistemini dağıtmamalıdır. Bu, Avropa futboluna sonradan düzəldilməyəcək zərbə vuracaq məsuliyyətsiz qərardır. Buna görə də biz tamamilə UEFA-nın təşəbbüslərini dəstəkləyirik və belə turnirin yaradılmasını qınayırıq”.

Avropanın 12 klubu Superliqanın yaradılmasını açıqlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR