"Bu o demək deyil ki, oynamayacaq" - "Neftçi"nin məşqçisi

"Neftçi” PFK-nın məşqçisi Vəfadar Quliyev Premyer Liqanın 25-ci turunun "Keşlə” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Çətin oyun olacağını bilirdik. Həm meydança amili, həm də Ramazan ayında oruc tutan futbolçularımız olduğu üçün çətinlik var idi. Çalışdıq və layiqli qələbə qazandıq. Əsas 3 xal idi ki, onu da qazandıq. Növbəti oyuna hazırlaşacağıq”.
 
Sonra məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Yusuf Lavaldan istədiyimizi alırıq. Monrozun oynamaması bu baxımdan ola bilər. Amma bu o demək deyil ki, Monroz oynamayacaq. Ona da çox güvənirik”.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR