Bundesliqada daha bir istefa

Bundesliqada daha bir istefa

Bundesliqa təmsilçisi "Arminiya"nın baş məşqçisi Uve Noyhaus istefaya göndərilib.

Sport7.az xəbər verir ki, buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub. 62 yaşlı mütəxəssislə yanaşı, onun köməkçisi Peter Nemet də qovulub.

Noyhaus 2018-ci ildən "Arminiya"ya başçılıq edirdi. Bilfeld təmsilçisi 22 turdan sonra 18 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR