Bundesliqanı tərk edəcək ilk klub

Bundesliqanı tərk edəcək ilk klub

Almaniya Bundesliqasını tərk edəcək ilk komanda müəyyənləşib.

Sport7.az xəbər verir ki, bu, "Şalke"di. 30-cu turda "Arminiya"ya 0:1 hesabı ilə uduzan və 13 xalla sonuncu pillədə qərarlaşan komandanın sona 4 tur qalmış 17-ci yerdə qərarlaşan "Köln"lə xal fərqi 13 olub.
 
Bu isə o deməkdir ki, "Şalke" son 33 ildə ilk dəfə elitanı tərk edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR