"Bütün futbolçular həvəsli və motivasiyalıdır" - "Qarabağ"ın futbolçusu

"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade klubun rəsmi saytına açıqlama verib.
 
Sport7.az xəbər verir ki, Kabo-verdeli futbolçumuz Avstriyadakı hazırlıq prosesindən danışıb: "Məşqlər istədiyimiz kimi gedir. Gündən-günə formaya düşürük. Oyun ritmimizə daha çox yaxınlaşırıq. Hazırlıq planlaşdırılan şəkildə davam edir. Komandamızda əla ab-hava var. Bütün futbolçular həvəsli və motivasiyalıdır. Avstriyada iki yoldaşlıq oyunu keçmişik. Bu matçların komandaya faydası çox olacaq. Çatışmayan cəhətlərimizi müəyyənləşdirib, üzərində çalışacağıq. Ümid edirəm ki, rəsmi oyunlara tam hazır olacağıq. Azarkeşlərin tribunalara qayıtmasına çox sevinirik. Futbol onlarla daha gözəldir. Fanatları qələbələrimizlə sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR