Böyükağa Hacıyevin doğum günüdür

Böyükağa Hacıyevin doğum günüdür

Bu gün mərhum çalışdırıcı, "Neftçi”ni Avropa Liqasının qrup mərhələsinə yüksəltməklə adını Azərbaycan futbolunun tarixinə yazdıran Böyükağa Hacıyevin doğum günüdür.

Sport7.az xəbər verir ki, Hacıyev yaşasaydı, 63 yaşını qeyd edəcəkdi. Böyükağa Hacıyev 1958-ci ilin bu günündə Naxçıvanda dünyaya göz açıb.
Gənc yaşlarında futbolçu kimi SSRİ çempionatının 2-ci liqası klubu olan "Araz-Naxçıvan"da müdafiəçi mövqeyində oynayıb.

Futboçunun karyerasının sonunda məşqçi kimi çalışmağa başlayıb. 1999—2000-ci illərdə "Araz-Naxçıvan"ın baş məşqçisi olub. Klub maliyyə çətinlikləri səbəbində dağıldığı üçün Böyükağa Hacıyev İrana yollanıb və "Maşın Sazi Təbriz" klubunda məşqçi (2002—2003), baş məşqçi (2003—2004) vəzifəsində çalışmışdır. 2004—2005-ci illərdə "Traktor Sazi klubunda baş məşqçi olmuşdur. Bu klublarda işləməklə Böyükağa Hacıyev böyük iş təcrübəsi qazanmışdır.
2005-ci ildə Hacıyev Azərbaycana qayıdaraq Azərbaycan milli futbol komandasında baş məşqçi Vaqif Sadıqovun köməkçisi işləmişdir.

2006-cı ildə çempionatın sonuna 8 tur qalmış "Bakı" klubunun baş məşqçisi olmuş və ilk çempionluğunu bu klubla qazanmışdır. Ancaq 2006/07 mövsümündə komanda liqada yalnız 3-cü yeri tutdu və Avropa Liqasında zəif çıxış etdi. 2007-ci ilin sentyabrında Böyükağa Hacıyev komandadan ayrıldı və bir müddət işsiz qaldı. 2008-ci ilin iyun ayında "Araz" futzal komandasının baş məşqçisi olmuşdur.

2009—2010-cü ildə "Standard Sumqayıt" klubunu çalışdırmışdır. Lakin bu onun üçün uğursuz olmuşdur və komanda liqada sonuncu yerlərdə qərarlaşaraq elitanı tərk etmişdir. Bundan sonra klub dağılmışdır.

2011-ci ildə gözlənilmədən "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov Hacıyevi klubunun baş məşqçisi təyin edir. Böyükağa Hacıyevin baş məşqçiliyi ilə "Neftçi" 2011/12 mövsümündə çempion olur və ardıcıl 2-ci ümumilikdə isə 7-ci çempionluğunu qazanır. Növbəti mövsüm "Neftçi" ilə Avropa Liqasının qrup mərhələsində çıxış edərək Azərbaycan futbolunda tarix yazır.

2012/13 mövsümündə "Neftçi" ilə yenidən çempion olur və bu dəfə hədəfi Çempionlar Liqasının qrup mərhələsi olur. Lakin 1-ci təsnifat mərhələsində Albaniyanın Skenderbeu klubuna iki görüşün nəticəsinə görə (0:0, 1:0) məğlub olur və söz verdiyi kimi istefa verir.

Böyükağa Hacıyev 16 mart 2018-ci ildə vəfat etmiş və Keşlə qəbiristanlığında dəfn olunmuşdur.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR