Üç güləşçimiz yarımfinalda

Üç güləşçimiz yarımfinalda

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı start götürüb.

Sport7.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb. Mübarizəyə 1/4 finaldan qoşulan Musa Verdiyev startda Moldova güləşçisinə heç bir şans tanımayıb.

Sübhan Səfərli ilk görüşdə yerli güləşçini vaxtından əvvəl xalçadan məyus yola salıb. Həmyerlimiz makedoniyalı rəqibini də tam üstünlüklə sıradan çıxarıb.
Ümid Məmmədov Avropa çempionatına Polşa idmançısı üzərində inamlı qələbəylə start verib. 1/8 finalda Gürcüstan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə hesabdakı üstünlüyü əldən verən Məmmədov qarşılaşmanı məğlub başa vurub.
 
Səttərxan Allahverdili ilk mərhələdə Belarus güləşçisinə qalib gəlib. Həmyerlimiz daha sonra bolqar həmkarını yenib. Rusiya pəhləvanıyla gərgin keçən mübarizədə də sevinən tərəf olan Səttərxan adını yarımfinala yazdırıb.
 
Azay İsmayılov debütdə belaruslu rəqibini sonuncu xal prinsipinə əsasən üstələyib. Ancaq daha sonra Fransa güləşçisinə uduzub.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR