Cüdoçularımız üçün yeni sınaq

Cüdoçularımız üçün yeni sınaq

Bu gün Çexiyanın Teplisa şəhərində kadetlər arasında cüdo üzrə Avropa kuboku yarışları start götürəcək.

Sport7.az xəbər verir ki, turnirdə Azərbaycanın 9 cüdoçusu mübarizə aparacaq. Oğlanların mübarizəsində Babarəhim Mirzəyev, Xəyal Həsənov (hər ikisi 50 kq), Eltac Yusifli, Aydın Rzayev (hər ikisi 60 kq) və Əjdər Bağırov (90 kq) iştirak edəcəklər. Qızların yarışında isə Aydan Vəliyeva, Nəzrin Adnayeva, Könül Əliyeva (hər üçü 48 kq) və Lətifə Abbasova (52 kq) güclərini sınayacaqlar.

İyirmi səkkiz ölkədən 300-dən çox idmançının qatılacağı turnir 3 gün davam edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR