Cüdoçumuz nüfuzlu yarışda bürünc medal qazanıb

Cüdoçumuz nüfuzlu yarışda bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev Rusiyanın Kazan şəhərində keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanıb.
 
Sport7.az xəbər verir ki, yarışa 1/16 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Terens Koumaba (Qabon), Həsən Xalmurzayev (Rusiya) və Aslan Lappinaqovu (Rusiya) mübarizədən kənarlaşdıraraq yarımfinala çıxıb. Bu mərhələdə macar cüdoçu Attila Unqvariyə uduzan Murad bürünc medal uğrunda görüşə qatılıb. 3-cü yer uğrunda qarşılaşmada Belarus atleti Yunus Bekmurzayevə qalib gələn cüdoçumuz bürünc medal qazanıb. Beləliklə nüfuzlu yarışda 3-cü yeri tutan Fətiyev Tokio Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb.

Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Milli komandamız turnirdə 10 cüdoçu ilə təmsil olunur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR