DÇ-2023-ün püşkatmasında millimizin yer alacağı səbət dəqiqləşdi

DÇ-2023-ün püşkatmasında millimizin yer alacağı səbət dəqiqləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət müəyyənləşib.

Sport7.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda aprelin 30-dakı püşkatmaya 4-cü səbətdən qoşulacaq. Burada Azərbaycanla yanaşı, Slovakiya, Macarıstan, Belarus, Xorvatiya, Albaniya, Şimali İrlandiya və İsrail yığmaları da yer alıb.

Dünya çempionatı 10 iyul - 20 avqustda təşkil olunacaq. Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR