Azərbaycanlı güləşçilər medal uğrunda yarışacaq

Azərbaycanlı güləşçilər medal uğrunda yarışacaq

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Sport7.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən güləşçilər mübarizəyə start verib. Əhmədnəbi Qvarzatilov startda Almaniya güləşçisinə vaxtından əvvəl qalib gəlib. Ancaq 1/4 finalda ukraynalı rəqibinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Qvarzatilov bu gün təsəlliverici görüşə çıxacaq.

Əşrəf Aşırov üçün AÇ-də debüt uğurlu alınmayıb. Həmyerlimiz ilk mərhələdə türk həmkarına minimal fərqlə uduzub.
 
Hacımurad Məhəmmədsəidov 1/8 finalda ikiqat Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonova məğlub olub. Rəqib finala qədər irəlilədiyi üçün təmsilçimiz aprelin bu gün görüşə çıxacaq.
 
Osman Nurməhəmmədov ilk görüşdə alman güləşçi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü Bolqarıstan idmançısına da qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə məğlub olan Osman bu gün bürünc medal uğrunda görüşə çıxacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR