Danimarka - Finlandiya matçı təxirə salınmadı, Eriksenin son durumu...

Danimarka - Finlandiya matçı təxirə salınmadı, Eriksenin son durumu...

UEFA AVRO-2020-nin B qrupunun Finlandiya ilə matçında huşunu itirərək yerə yıxılan Danimarka millisinin futbolçusu Kristian Eriksenlə bağlı açıqlama yayıb.

Sport7.az xəbər verir ki, qitə futbol qurumu 29 yaşlı yarımmüdafiəçinin vəziyyətinin sabit olduğunu açıqlayıb. UEFA-nın rəsmi saytı qarşılaşmanın bu gün Bakı vaxtı ilə saat 22:30-da qaldığı yerdən, yəni, 41-ci dəqiqədən davam etdiriləcəyini açıqlayıb.

Danimarka Futbol Federasiyası isə təcrübəli oyunçunun özünə gəldiyini və hazırda xəstəxanada müayinə olunduğunu açıqlayıb.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR