David Luizin yeni dayanacağı Türkiyə ola bilər

David Luizin yeni dayanacağı Türkiyə ola bilər

"Adana Demirspor" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sport7.az xəbər verir ki, yeni mövsümdə Superliqada çıxış edəcək Adana təmsilçisi hazırda azad agent olan David Luizi heyətinə qatmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Türkiyə klubunun 34 yaşlı müdafiəçiyə iki illik müqavilə təklif etdiyi bildirilib. Luiz hələ qərarını verməyib.

"Adana Demirspor" daha əvvəl italyan hücumçu Mario Balotelli və mərakeşli yarımmüdafiəçi Yunes Belhanda ilə müqavilə imzalayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR