"Dəfələrlə demişəm ki..." - Ayxan Abbasov

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən ""Sumqayıt" – "Qarabağ” qarşılaşmasının oyun sonrası mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini media mənsubları ilə bölüşüb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Kubok oyunu başqa ab-havada keçir. Bu gün bəzi dəyişikliklər etmişdik. Dəfələrlə demişəm ki, bütün futbolçularıma güvənirəm. Uşaqlara təşəkkür edirəm. Qarşıda "Zirə”ylə çətin oyun, ardınca isə kubokun cavab matçı var. Çox çətin qrafikdi, amma hər iki cəbhədə mübarizə aparacağıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR