Dembele FİFA-nı xərcə saldı

Dembele FİFA-nı xərcə saldı

FİFA İspaniyanın "Barselona” klubuna təzminat ödəyəcək.

Sport7.az xəbər verir ki, buna səbəb Kataloniya təmsilçisinin futbolçusu Usman Dembelenin Fransa millisinin heyətində AÇ-2020-nin oyununda zədələnməsidir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

FİFA beynəlxalq oyunlar zamanı millidə zədələnən və azı 28 günlük sıradan çıxan futbolçuların klublarına təzminat ödəyir. Ali futbol qurumu Dembeleyə görə "Barselona”ya 2.5 milyon avro təzminat ödəyəcək.

Dembele Fransa yığmasının AÇ-2020-nin qrup mərhələsinin 2-ci turu çərçivəsində Macarıstana qarşı keçirdiyi oyunda (1:1) zədələnib və azı 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR