Devid Bekhemin həyat yoldaşı zəhərləndi

Devid Bekhemin həyat yoldaşı zəhərləndi

Əfsanəvi futbolçu Devid Bekhemin həyat yoldaşı, Böyük Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem zəhərlənib.
 
Sport7.az xəbər verir ki, bu barədə "The Sun” nəşri məlumat yayıb.

Mütəxəssislərin fikrincə, zəhərlənmənin səbəbi Viktoriya Bekhemin bu yaxınlarda başladığı balıq pəhrizidir. Belə ki, pəhriz zamanı müğənni qida rasionuna qılınc balığı da daxil edib. Qılınc balığı, civə nisbəti yüksək, ən çirkli dəniz balıqları qrupundandır.

Müğənni özünü pis hiss etdiyi üçün həkimə müraciət edib.

Müayinələrdən sonra məlum olub ki, onun bədənində civənin miqdarı yüksəkdir. Nəticədə müğənni qaraciyər təmizlənməsi proseduru aparmaq məcburiyyətində qalıb.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR