Dinodan sərt açıqlama:

Dinodan sərt açıqlama: "Daha Çinə qayıtmayacam"

"Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu Çinin "Çjetszyan Qrintaun" klubundan ayrılıb.

Sport7.az xəbər verir ki, cənubi afrikalı hücumçu bunu ölkəsinin mətbuatına açıqlamasında deyib. 31 yaşlı futbolçu müddəti iyunun sonuna qədər olan müqaviləyə xitam verildiyini söyləyib:

"Daha Çinə qayıtmayacam. Artıq azad futbolçu statusu daşıyıram. Növbəti addımlar haqda agentim mənə məlumat verəcək”.

Xatırladaq ki, Ndlovu 2016-cı ilin avqustundan 2018-in dekabrına qədər "Qarabağ"da çıxış edib və oyunu ilə ağdamlı azarkeşlərin könlündə taxt qurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR