Dörd güləşçimiz Avropa çempionatının yarımfinalında

Dörd güləşçimiz Avropa çempionatının yarımfinalında

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürüb.

Sport7.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparır. 

Əfqan Xaşalov ilk görüşdə yunan rəqibinə vaxtından əvvəl qalib gəlib. Həmyerlimiz daha sonra rumıniyalı güləşçiylə gərgin keçən görüşdə də sevinən tərəf olub və yarımfinala adlayıb.

Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib. Gürcüstan təmsilçisini də yolundan kənarlaşdıran Əli adını yarımfinala yazdırıb.
 
Turan Bayramov 1/8 finalda Böyük Britaniya təmsilçisini çətinlik çəkmədən üstələyib. Türkiyə güləşçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Bayramov hesabda 3:2 öndə olarkən rəqib zədələndiyi üçün görüş saxlanılıb və həmyerlimiz yarımfinala yüksəlib.
 
Rəşad Yusifli debütdə polşalı həmkarı üzərində inamlı qələbə qazanıb. Rəşad bolqar idmançını da məyus edərək 1/4 finala yüksəlib. Belaruslu həmkarından da güclü olan Yusifli yarımfinala vəsiqə qazanıb.
 
Şamil Zubairov rumıniyalı idmançı xalça üzərinə çıxmadığı üçün növbəti mörhələyə yüksəlib. Ancaq 1/4 finalda türkiyəli rəqibinə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR