Dörd qız güləşçimiz AÇ-də mübarizəyə başlayır

Dörd qız güləşçimiz AÇ-də mübarizəyə başlayır

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. 
 
Sport7.az xəbər verir ki, bu gün qitə birinciliyində qızların yarışına start verəcək. Öncə 43, 49, 57, 65 və 73 kq-da çıxış edən yeniyetmələr xalça üzərinə çıxacaq. Sabah isə 40, 46, 53, 61 və 69 kq-dakı qızlar mübarizəyə qoşulacaq.

Məsul yarışda ölkəmizi 6 qız güləşçi təmsil edəcək. Yeniyetmə və gənclərdən ibarət millimizin böyük məşqçisi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elvina Kərimzadə (43 kq), Zenfira Həşimova (46 kq), Ruzanna Məmmədova (49 kq), Əsmər Canqurtaran (53 kq), Jasmin Əsgərova (57 kq) və Fatimə İsayeva (65 kq) uğur qazanmağa çalışacaq.

Bu gün xalça üzərinə çıxacaq xanımlarımızın rəqibləri də məlumdu.

43 kq
Təsnifat: Elvina Kərimzadə - Viktoriya Jaroniek (Polşa)

49 kq
1/8 final: Ruzanna Məmmədova - Andrea Zenuçova (Slovakiya)

57 kq
1/8 final: Jasmin Əsgərova - Lana Noqiç (Xorvatiya)

65 kq
1/8 final: Fatimə İsayeva - Marta Besek (Xorvatiya)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR