Dünya çempionu ayaqqabılarını kolleksiyaya bağışladı

Dünya çempionu ayaqqabılarını kolleksiyaya bağışladı

Üç təkanla tullanma üzrə ABŞ-ın öndə gedən, iki qat Olimpiya və dörd qat Dünya çempionu Kristian Taylor, Dünya Atletikasının irsi kolleksiyasına bir sıra ianələr edib.

Sport7.az xəbər verir ki, 2018-ci ildə Dohada keçirilmiş Brilliant Liqasında Taylor, qlobal çempion adına layiq görülənlər sırasında olub və öz qaçış ayaqqabılarını yeni yaradılmış irs kolleksiyasına bağışlayaraq dəstək göstərib. Bununla yanaşı 29 yaşlı idmançı daha geniş ianə edərək ötən ilki yarışlarda və dünya çempionatında heyətində qalib gəldiyi milli komandasının yarış geyimləri və nömrələrini də kolleksiyaya bağışlayıb.

Taylorun, 2011-ci ildə qazandığı qızıl medaldan sonrakı ən yüksək göstəricisi ötən il Dohada keçirilən yarışdakı 5-ci cəhdində qeydə alınmış 17.92 metr məsafə olub və o bununla da tarixə düşüb. 

İdmançı göstərdiyi dəstəklə bağlı fikirlərini də bildirib: "Mən ötən il Dohada keçirilmiş Dünya Çempionatında olarkən, orada idmançıların ianələri nəticəsində yaradıllmış geniş sərgini görəndə heyrətə gəldim. Sərgi, ticarət mərzəkində yerləşdirilərək geniş marağa səbəb oldu və bizim idman tariximizi təmsil etdi. Məhz bu məni ilhamlandırdı”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR