Dünya Kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılar müəyyənləşdi

Dünya Kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılar müəyyənləşdi

Rusiyanın Soçi şəhərində keçiriləcək şahmat üzrə Dünya Kubokunun bütün iştirakçıları açıqlanıb.

Sport7.az xəbər verir ki, bu haqda Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat yayıb. İyulun 10-da start götürəcək yarışa 206 kişi, 103 qadın şahmatçı qatılacaq.

Avqustun 8-dək davam edəcək Dünya Kubokunda Azərbaycan da təmsil olunacaq. Kişilərin mübarizəsində 2019-cu ildə keçirilmiş son Dünya Kubokunun qalibi Teymur Rəcəbov, reytinq favoritlərdən biri kimi Şəhriyar Məmmədyarov, yerli federasiyadan Vasif Durarbəyli və FIDE-nin vayld-kartı ilə Nicat Abbasov çıxış edəcək. Qadınların yarışında isə Avropadan Günay Məmmədzadə (2018), Ülviyyə Fətəliyeva (2019), yerli federasiyadan Gülnar Məmmədova iştirak edəcək.

Kişilər 1/128 finaldan, qadınlar 1/64 finaldan başlayaraq, olimpiya sistemi üzrə mübarizə aparacaqlar. Kişilərdən qalib və finalçı, qadınlardan 3 ən yaxşı iştirakçı Dünya Kubokuna vəsiqə qazanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR