Dünyanın ən çox qazanana futbolçu və məşqçisinin adı açıqlandı

Dünyanın ən çox qazanana futbolçu və məşqçisinin adı açıqlandı

Dünyanın ən çox qazanan futbolçu və məşqçilərinin adları müəyyənləşib.

Sport7.az xəbər verir ki, bunu "France Football” nəşri açıqlayıb. Məlumata görə dünyada ən çox qazanan futbolçu "Barselona”nın kapitanı Lionel Messidir. Argentinalı hücumçunun gəliri 131 milyon avrodur. İkinci sırada 118 milyonla Kriştiano Ronaldo ("Yuventus”), 3-cü isə 95 milyonla Neymardır (PSJ).

Nəşrin yazdığına görə illik ən çox qazanan baş məşqçi Dieqo Simyonedir. "Atletiko”nu çalışdıran argentinalı mütəxəssisin gəliri 40,5 milyon avrodur. İkinci "İnter”in çalışdırıcısı Antonio Kontedir. İtalyan baş məşqçi illik 30 milyon avor qazanır. Üçüncü sırada isə "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yer alıb. İspan çalışdırıcının gəliri 27 milyon avrodur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR