"Çelsi" də razı, Kante də

"Çelsi” Nqolo Kanteni komandada saxlamaq niyyətindədir.

Sport7.az xəbər verir ki, bu səbəbdən Fransa millisinin üzvünə yeni müqavilə təklif olunub. Tomas Tuxelin gəlişindən sonra öznü yaxşı tərəfdən göstərməyi bacaran və "zadəganlar”ın Çempionlar Liqasının finalına yüksəlməsində böyük rol oynayan 30 yaşlı dayaq yarımmüdafiəçisi özü də ayrılmaq fikrində deyil. Bu səbəbdən onun 2023-cü ilin yayına qədər olan müqavilə müddətini uzatması gözlənilir.

Kante cari mövsüm Premyer Liqada 28 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR