"Çelsi" Madrid, "Bavariya" Roma səfərində

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Sport7.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İspaniya La Liqasının lideri "Atletiko" İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək. Pandemiya səbəbindən qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq. 

Gecənin digər matçı İtaliyada olacaq. "Latsio" öz meydanında turnirin son qalibi olan Almaniya "Bavariya"sını sınağa çəkəcək. 

Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

24:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə)

24:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)

1/8 finalın əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
 
"Barselona" - PSJ 1:4
"Leypsiq" - "Liverpul" 0:2
"Portu" - "Yuventus" 2:1
"Sevilya" - "Borussiya" (Dortmund) 2:3 
 
Bu mərhələnin digər iki oyunu sabah keçiriləcək. İspaniya "Real Madrid"i İtaliyada "Atalanta" ilə, İngiltərənin "Mançester Siti" komandası isə Macarıstanın paytaxtı Budapeştdə Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR