"Çelsi"dən rekord - İngiltərə klubları arasında

Çempionlar Liqasının 1/4 final mərhələsində "Porto”ya 0:1 hesabı ilə məğlub olan "Çelsi” ilk matçdakı nəticəyə əsasən (2:0) yarımfinala yüksəlib.

Sport7.az xəbər verir ki, London təmsilçisi turnirin Çempionlar Liqası adlandırıldığı 1992/93 mövsümündən bəri 8-ci dəfə yarımfinala vəsiqə əldə edib. Bu, İngiltərə klubları arasında ən yüksək göstəricidir. Bu müddət ərzində "Mançester Yunayted” 7, "Liverpul” 5, "Arsenal” 2, "Mançester Siti”, "Tottenhem” və "Lids” isə hərəyə 1 dəfə yarımfinala qədər irəliləyib.

Dünənki qarşılaşmada "zadəganlar”ın vingeri Kristian Pulişiç də rekord təkrarlayıb. Matç ərzində komandasına 11 dəfə cərimə zərbəsi qazandıran Pulişiç "Barselona”nın kapitanı Lionel Messinin 2010/11 mövsümündəki rekorduna şərik olub.

"Çelsi”nin yarımfinaldakı rəqibi "Liverpul” – "Real” cütlüyünün qalibi olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR