"Çelsi"nin qapıçısından rekord

"Çelsi"nin qapıçısı Eduard Mendi Çempionlar Liqasında iştirak etmiş ingilis qapıçılar arasında rekordu yeniləyib. 

Sport7.az xəbər verir ki, bu haqda "Opta" yazıb. O, buna turnirin yarımfinal mərhələsində "Real"la (2:0) cavab görüşündən sonra nail olub. Seneqallı əlcək ustası sözügedən qarşılaşmada qapısını toxunulmaz saxlayaraq "quru" oyunlar seriyasını 8-ə çatdırıb. Bununla da 29 yaşlı futbolçu ÇL tarixi boyunca turnirdə iştirak etmiş bütün İngiltərə klublarının qapıçılarını geridə qoyub. 

"Real"ı 2:0 hesabı ilə yenən "Çelsi" Çempionlar Liqasının finalına yüksəlib. "Zadəganlar" həlledici görüşdə PSJ-ni üstələyən "Mançester Siti" ilə qarşılaşacaqlar. 
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR