Elxan Məmmədov Vaqif Sadıqova daha bir vəzifə verdi

Elxan Məmmədov Vaqif Sadıqova daha bir vəzifə verdi

AFFA-nın İcraiyyə Komitəsinin 18 iyun 2020-ci il tarixli qərarna əsasən, 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılıb.

Sport7.az xəbər verir ki, qərara uyğun olaraq, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqovu İşçi Qrupun sədri təyin edib.

Qrupun tərkibində aşağıdakı şəxslər yer alıblar:

Vaqif Sadıqov, AFFA-nın vitse-prezidenti – sədr
Ağasəlim Mircavadov – Məşqçilər Komitəsinin üzvü
Cahangir Həsənzadə - AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən
Vyaçeslav Xomenko – AFFA-nın baş həkimi
Elgiz Abbasov – PFL-in Texniki İdman şöbəsinin müdiri
 
İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim edib. İşçi Qrupun təklifi AFFA tərəfindən Peşəkar Futbol Liqasına təqdim olunub.

PFL tərəfindən çempionatın başlanma tarixi ilə bağlı qərar qəbul olunmazdan əvvəl COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq AFFA tərəfindən müvafiq strukturlara müraciət olunub.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR