Emil Balayev Premyer Liqanın ən yaxşı qapıçısıdı

Emil Balayev Premyer Liqanın ən yaxşı qapıçısıdı

Azərbaycan millisinin qapıçsı Emil Balayev Qazaxıstan Premyer Liqasının ən yaxşı qapıçısıdı.

Sport7.az xəbər verir ki, "Tobol"un üzvü olan futbolçumuz "quru" oyunların sayında bütün həmkarlarını qabaqlayır. 25 yaşlı qolkiper bu mövsüm 18 oyunda qapısını toxunulmaz saxlayıb. Emil ümumilikdə 30 görüşdə 21 qol buraxıb.

İkinci pilləni tutan "Ordabasi"nin qapıçısı Dmitri Nepoqodovun aktivində 15 "quru" oyun var - 28 oyun, 20 qol.  "Kayrat"ın qapıçısı Stas Pokatilov 13 oyunda qapısını toxunulmaz saxlayıb - 31 oyun, 30 qol.

Mövsümün sonuna bir tur qaldığı üçün Emil rəqibləri üçün əlçatmazdı.

Qeyd edək ki, "Tobol" Qazaxıstan çempionatında sona 1 tur qalmış 60 xalla 4-cü pillədə qərarlaşır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR