Emil Balayev rəsmən

Emil Balayev rəsmən "Ayntraxt"da

Almaniyanın "Ayntraxt" klubu "Neftçi"nin qapıçısı Emil Balayevlə müqavilə imzalayıb. Sport7.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Balayev Frankfurt komandasının düşərgəsində baxışdan uğurla keçib.

Ötən gün Bakıya qayıdan 20 yaşlı qolkiper gələn ay "Ayntraxt"ın sıralarına qoşulacaq. Onunla uzunmüddətli anlaşma əldə olunub. Gənc qapıçı icarə yox, tamhüquqlu müqavilə əsasında Frankfurt klubuna məxsus olacaq.

Gənc qapıçı sabah "Neftçi” – "Sumqayıt” oyunundan əvvəl mətbuat nümayəndələrinin Bundesliqa klubuna keçidi ilə bağlı suallarını cavablandıracaq. Balayevin keçidi ilə bağlı mətbuat konfransı "Bakcell Arena”nın mətbuat zalında təşkil olunacaq və saat 15:30-da başlayacaq.

Qeyd edək ki, "Ayntraxt" klubu Almaniya Bundesliqasında çıxış edir. Hazırda komanda 15 turdan sonra 21 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR