Çempionlar Liqası: Qonaqlar uddu, meydan sahibləri mərhələ adladı

Çempionlar Liqası: Qonaqlar uddu, meydan sahibləri mərhələ adladı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşib.

Sport7.az xəbər verir ki, 1/4 final mərhələsinin baş tutan cavab matçlarından sonra "Çelsi" və PSJ yarımfinala vəsiqəni təmin edib.

London təmsilçisi 1/4 finalın ilk matçında Portuqaliyada 2:0 hesabı ilə qalib gəldiyi "Portu"ya evdə minimal hesabla uduzub - 0:1. 

PSJ isə doğma meydanda Almaniya "Bavariya"sına 0:1 hesabı ilə məğlub olub. Münhendəki ilk qarşılaşmada turnirin son qalibini 3:2 hesabı ilə məğlub edən Paris klubu səfərdə daha çox qol vurduğu üçün yarımfinala yüksəlib.
 
1/4 final mərhələsinə bu gün baş tutacaq "Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə) və "Liverpul" (İngiltərə) - "Real" (İspaniya) oyunları ilə yekun vurulacaq. 

Çempionlar Liqası, 1/4 final mərhələsi, cavab oyunları

23:00. "Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1 (İlk oyun - 2:0)
(Mehdi Taremi, 90+4)

23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1 (İlk oyun - 3:2)
(Erik Şupo-Motinq, 40)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR