Çempionlar Liqasında koronavirus səbəbindən təxirəsalınma
qeydə alınıb.
Sport7.az xəbər verir ki, hənbol üzrə Çempionlar
Liqasında Rusiyanın "Rostov-Don” və Norveçin "Vaypers” komandalarının görüşü
idmançıların yoluxması səbəbindən təxirə salınıb.
Görüş bu gün keçirilməli idi. Rusiya təmsilçisi
bazar ertəsi Norveçə gəlib və müvafiq testlərdən sonra nümayəndə heyəti 24
saatlıq karantinə gedib. Testin cavablarından sonra görüşün keçirilməyəcəyi
elan olunub. Qarşılaşmanın yeni tarixi açıqlanmayıb.
"Rostov-Don” A qrupunda 8 oyundan topladığı 13 xal
sayəsində liderdi.