Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşdi

Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşdi

Çempionlar Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Sport7.az xəbər verir ki, son olaraq, İspaniyadan "Real" və İngiltərədən "Mançester Siti" növbəti mərhələyə adlayıb.

UEFA Çempionlar Liqası, 1/4 final, cavab oyunları

23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2 (İlk oyun - 1:2)
(Cud Bellingem, 15 - Riyad Mahrez, 55-p. Fil Foden, 75)

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:0 (İlk oyun - 1:3)
 
Yarımfinalda qarşılaşacaq cütlüklər də bəlli olub. "Mançester Siti" PSJ, "Real" isə "Çelsi" ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.

Final matçı isə mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR