Çempionşipin qalibi sona 2 tur qalmış məlum oldu

Çempionşipin qalibi sona 2 tur qalmış məlum oldu

İngiltərə Çempionşipində 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Sport7.az xəbər verir ki, sona iki tur qalmış "Norviç" çempionluğu təmin edib. Daniel Farkenin kollektivi ötən gün 45-ci tur çərçivəsində baş tutan "Ridinq"lə oyunda 4:1 hesabı ilə qələbə qazanıb. Bununla da komanda hesabındakı xalların sayı 96-ya çatdırıb. Beləcə, komanda ən yaxın izləyicisi "Uotford"la fərqi 8-ə çatdırıb.

"Norviç" gələn mövsüm üçün Premyer Liqaya vəsiqəni də təmin edib.

Ötən mövsüm Premyer Liqada çıxış edən komanda yarışı sonuncu pillədə tamamlayaraq aşağı liqaya düşmüşdü.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR