Ərdoğan Bakıda azarkeşlərlə görüşdü - VİDEO

Ərdoğan Bakıda azarkeşlərlə görüşdü - VİDEO

Azərbaycanın paytaxtına gələn futbol azarkeşləri ilə görüşüb.

Sport7.az xəbər verir ki, bu haqda Anadolu Agentliyi məlumat yayıb. Türkiyə azarkeşləri Ərdoğanın qaldığı hotelin qarşısında toplaşaraq "Türkiyə!” şüarları səsləndirib və qardaş ölkənin bayrağını açıb.

Ərdoğan eyvandan həmvətənlərini salamlayıb, daha sonra aşağı enərək azarkeşlərlə foto çəkdirib.

AVRO 2020 qrup mərhələsi çərçivəsində Türkiyə-Uels matçı bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan qarşılaşmanı stadionun tribunalarından canlı izləyəcək.
 
 

 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR