Eriksen komanda yoldaşlarına mesaj yazıb...

Eriksen komanda yoldaşlarına mesaj yazıb...

AVRO-2020-nin qrup mərhələsində Finlandiya ilə oyunda huşunu itirən Danimarka seçməsinin futbolçusu Kristian Eriksenin vəziyyəti yaxşıdır. 

Sport7.az xəbər verir ki, bu barədə onun klubu "İnter"in idman direktoru Cuzeppe Marotta məlumat verib. 

"Sky Sport Italia"ya danışan Marottanın sözlərinə görə, Eriksen komanda üzvlərinin olduğu çatda səhhətinin qaydasında olduğunu yazıb. 

"Eriksen özünü yaxşı hiss edir və meydanan qayıda biləcəyinə ümid edir. "İnter"in futbolçuları çox mehribandılar. Biz epizodu görən kimi, dərhal onunla əlaqə saxladıq. Oyundan sonra Eriksen komanda üzvlərinin olduğu çata mesaj yazdı və narahat olmamaqlarını dedii. Şadam ki, gün pozitiv notlarda başa çatdı", - deyə "İnter" rəsmisi bildirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR