"Erkən qol planlarımızı pozdu" - Canni De Byazi

Bu gün Kişinyovda "Zimbru” stadionunda keçirilmiş Moldova - Azərbaycan beynəlxalq yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Canni De Byazi fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Təlim-məşq toplanışı ərzində 3 yoldaşlıq oyunu keçirdik. Bir oyunda qələbə qazansaq da, digər ikisində məğlub olduq. Oyunun əvvəlində buraxdığımız erkən qol planlarımızı pozdu. Standart vəziyyətdən qol buraxdıq. Sonadək mübarizə apardıq. Mövsümün sonu olduğu özünü göstərdi. Bəzi futbolçular yorğun idi. Oyundan öncə rəqibin heyətində müdafiədə yer alan üç ucaboy futbolçu olduğunu, standart vəziyyətlər zamanı diqqətli olmağı tapşırmışdım. Buna baxmayaraq, qolu hücumçu vurdu. Bu oyundan çox şey öyrənməliyik. Belarusla qarşılaşmada sonradan meydana daxil olan 6 futbolçu oyunun keyfiyyətini yüksəltdi. Bu gün bu, bizdə alınmadı. Bunun üçün nəticə qazana bilmədik. Baxmayaraq ki, topa sahib olma 64 faiz bizim tərəfimizdə idi. Çalışdıq çoxlu zərbələr endirək. Sözün düzü, keyfiyyət çatışmazlığı hiss olunurdu. Xüsusən ötürmələr zamanı səhvlər edirdik. Çox inkişaf etməli, bəzi situasiyaları daha yaxşı dəyərləndirməliyik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR