Erməni jurnalist AVRO-2020-nin oyunlarına akkreditasiya aldı

Erməni jurnalist AVRO-2020-nin oyunlarına akkreditasiya aldı

Erməni jurnalist Nobel Arustamyan AÇ-2020-nin oyunları üçün akkreditasiya alıb.
 
Sport7.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova özünü Teleqram kanalında məlumat verib. 
O bildirib ki, uzun müzakirələrdən sonra Arustamyan UEFA tərəfindən qeydiyyata alınıb: "İdman şərhçisi Nobel Arustamyan Avropa çempionatı üçün qeydiyyatdan keçdi. Çalışmağa davam edirik”. 

Bir neçə gün əvvəl Rusiyanın "Matç TV” kanalının baş redaktoru Tina Kandelaki kanalın şərhçisi Nobel Arustamyana UEFA tərəfindən akkreditasiya verilmədiyini iddia etmişdi. O, buna səbəb kimi isə Azərbaycanın ona akkreditasiya verməkdən imtina etməsini göstərmişdi. Kandelaki bildirmişdi ki, erməni jurnalist Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan ona akkreditasiya verməkdən imtina edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR