Ərsun Yanal

Ərsun Yanal "Trabzonspor"da

"Trabzonspor"da Vahid Halilodziçə qarşı etirazlar pik nöqtəyə çatıb. Sport7.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Lokeren"lə bərabərə qalan "bordo-mavililər"in rəhbərliyi bosniya və herseqovinalı mütəxəssislə yolları ayırmağa hazırlaşır.

Belçika səfərində Oskar Kardozonu ehtiyatda saxlayan və hakim tərəfindən tribunaya göndərilən Halilodziç klub rəhbərliyinin səbr kasasını daşırıb. Bu səbəbdən artıq təcrübəli çalışdırıcının yerinə namizəd axtarılır.

Türkiyə mətbuatının iddiasına görə, rəhbərlik ötən mövsüm "Fənərbaxça"nı çempion edən Ərsun Yanalı 2 milyon avroya razı salıb. Halilodziçin istefasından dərhal sonra Yanalla müqavilə imzalanacaq.

Xatırladaq ki, "Lokeren"-"trabzonspor" matçı 1-1 hesabı ilə başa çatıb.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR