Esyen məşqçiliyə

Esyen məşqçiliyə "Səbail"də başlayır

"Səbail"in qanalı ulduzu Maykl Esyen məşqçiliyə hazırlaşır.
 
Sport7.az xəbər verir ki, futbolçu bu haqda özü danışıb.  "Citi Sports Ghana"nın "Instagram" səhifəsindəki canlı yayımda fikirlərini bildirən Esyen "Hazırda Bakıdayam, özümü qorumaq üçün evdə oturmağa və pandemiyaya fikir verməməyə çalışıram. Gələcəkdə məşqçi olmaq planlarıma daxildir. Addım-addım bu işin sirlərini öyrənirəm. Gənc futbolçularla işləməyi sevirəm. Gələcəkdə necə olacağını zaman göstərəcək".

"Real", "Çelsi" kimi klubların formasını geymiş Essyen 2019-cu ilin martından "Səbail”də çıxış edir. O eyni zamanda Bakı klubunun U-19 komandasının məşqçilər heyətində də yer alır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR