Böyük ümidlərlə gəldiyi "Qalatasaray"da aldığı zədələr səbəbindən stabil oyun nümayiş etdirə bilməyən Radamel Falkao həm Fatih Terimin, həm də rəhbərliyi bezdirib.
Sport7.az xəbər verir ki, kolumbiyalı futbolçu ilə görüşən "Sarı-qırmızı"lar ondan şərtli cavab alıb.
Zədəsi səbəbiylə 1,5-2 ay daha oynaya bilməyəcək 35 yaşlı oyunçu rəhbərliklə görüşündə 1,5 illik müddətdə alacağı 7,5 milyon avro əvəzinə 4 milyon 875 min avro alarsa, müqaviləsini ləğv edə biləcəyini açıqlayıb.
Sport7.az