"Qalatasaray”ın futbolçusu Radamel Falkaonu heyətində görmək istəyən komandanın adı bəlli olub.
Sport7.az xəbər verir ki, hücumçunun xidmətində ABŞ təmsilçisi "Portlend” maraqlıdır. Şimali amerikalılar kolumbiyalı forvardı heyətində görmək istəyir. Super Liqa təmsilçisi də 34 yaşlı hücumçunun satışında maraqlıdır və MLS klubu ilə danışıqlar aparır.
Falkao cari mövsüm Super Liqanın 8 oyununda 5 qol vurub.
Sport7.az