Fatih Tərim klub rəhbərliyinə müraciət etdi - Arda Turana görə

Fatih Tərim klub rəhbərliyinə müraciət etdi - Arda Turana görə

"Qalatasaray"ın baş məşqçisi Fatih Tərim Arda Turan transferi üçün klub rəhbərlərinə müraciət edib.

Sport7.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Xəbərə görə, prezident Mustafa Cengiz, birinci vitse-prezident Abdurrahim Albayrak və digər rəsmi şəxslərlə cari mövsümdəki çıxışla bağlı fikir mübadiləsi aparan mütəxəssis 33 yaşlı yarımmüdafiəçinin İstanbul təmsilçisinə qaytarılmasını və rəhbərliyin bu mövzuya diqqət yetirməli olduğunu bildirib. Klub rəsmiləri məsələnin yenidən müzakirə ediləcəyini söyləyib. 

Qeyd edək ki, Arda 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya 13 milyon avroya transfer olunmuşdu. Daha sonra "Barselona"ya keçən futbolçu 2019/20 mövsümündə icarə əsasında "Başakşəhər"də oynayıb. Bu ilin əvvəlindən isə Arda Turanla müqaviləyə xitam verilib. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR