Federasiya rəsmisi İOEUGİM-dən Təhsil Nazirliyinə şikayət etdi

Federasiya rəsmisi İOEUGİM-dən Təhsil Nazirliyinə şikayət etdi

Azərbaycan Velosiped Federasiyasının mətbuat katibi Pərviz Musayev Təhsil naziri Emin Amrullayevə müraciət edib. 
 
Sport7.az xəbər verir ki, bu barədə federasiya rəsmisi şəxsi "Facebook" səhifəsində yazıb. Federasiya rəsmisi müraciətində bunları bildirib: "Nazirlər Kabineti Yanında Operativ Qərargah ölkədə karantin qaydalarını xeyli yumşaldıb, açıq havada keçirilən idman yarışlarına çoxdan icazə verilib, Azərbaycan futbol üzrə Avropa çempionatının oyunlarını qəbul edir, idman zalları açılıb, məktəblərdə dərslər bərpa olunub, amma Azərbaycan Respublikası Təhsil Nazirliyi balansında olan 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin idmançılarının açıq havada keçirilən velosiped yarışlarında iştirakına icazə vermir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə Təhsil Nazirliyinə yazdığımız icazə məktubları təəssüf ki, cavabsız qalır. Bu səbəbdən iyunun 21-də Veloparkda açıq havada keçirmək istədiyimiz yarışı təxirə salmaq məcburiyyətindəyik.

Çox hörmətli Təhsil nazirimiz Emin Amrullayevdən bu məsələni nəzarətə götürməyi və idmançıların yarışlarda iştirakına şərait yaradılması üçün köməklik göstərməyini xahiş edirik!"
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR