Federasiyada yubiley təbriki - FOTOLAR

Federasiyada yubiley təbriki - FOTOLAR

Aprelin 18-də Azərbaycan Güləş Federasiyasının İdman şöbəsinin müdiri Yaqub Məmmədovun 75 yaşı tamam olub.

Sport7.az xəbər verir ki, bu münasibətlə AGF-nin prezident əvəzi Namiq Əliyev bu gün yubilyarı qəbul edib. Ona ən xoş arzularını çatdıran federasiyanın rəhbəri Azərbaycan güləşinin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib. Öz növbəsində təbrikə görə Namiq Əliyevə və federasiyanın kollektivinə minnətdarlığını bildirən Yaqub Məmmədov ən böyük arzusunun qarşıdan gələn Olimpiadada güləşçilərimizin uğurlu çıxış etməsinin olduğunu dilə gətirib.

SSRİ-nin idman ustası və əməkdar məşqçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi olan Yaqub Məmmədov Azərbaycan Respublikası Prezidenti tərəfindən Şöhrət ordeni ilə, eləcə də FİLA-nın fəxri nişanı ilə təltif olunub. O, müxtəlif illərdə sərbəst və qadın güləşi üzrə yığmalarımızda baş məşqçi kimi fəaliyyət göstərib. Namiq Abdullayev məhz onun rəhbərliyi altında Sidney Olimpiadasının qalibi olub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR