FİFA prezidenti Tovuzdakı akademiyadan danışdı

FİFA prezidenti Tovuzdakı akademiyadan danışdı

Avropa çempionatının A qrupunun İsveçrə - Türkiyə oyununu izləmək üçün Azərbaycan paytaxtına səfər etmiş FIFA-nın prezidenti Canni İnfantino təəssüratlarını bölüşüb.
 
Sport7.az
xəbər verir ki, FİFA prezidenti AFFA-nın futbolun inkişafı istiqamətində işinin ölkə ictimaiyyətinə faydalı olmasını yüksək qiymətləndirib:
 
"Bakıya gəlməkdən və AFFA-dakı yaxşı dostlarımla görüşməkdən şad oldum. Onlar anlayırlar ki ki, FIFA-ya ümid edə bilərlər və biz anlayırıq ki, AFFA-nın ölkədə və regionda futbolu inkişaf etdirəcəyinə ümid bəsləyə bilərik. AFFA futbolun inkişafı istiqamətində faydalı iş görür. Bunu FIFA-nın maliyyə dəstəyi ilə "Turan Tovuz" Futbol Akademiyasının açılması da göstərir. Bu kompleks özündə tam təchiz olunmuş müasir stadion, biri qapalı olmaqla, 4 mini-futbol meydançası, akademiya otaqları və restoranlarını cəmləşdirir".
 
Azərbaycanda futbolun inkişafını yüksək qiymətləndirən İnfantino AFFA rəhbərliyi ilə görüşündə bu istiqamətdə işin davam etdirilməsinin vacibliyini vurğulayıb. Ölkədə oğlan və qız, kişi və qadın futbolunun inkişafı istiqamətində görülmüş işlərlə bağlı müzakirələr aparılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR