"Fiorentina" "Çelsi" ilə danışıqlara başlayıb - Bu futbolçuya görə

"Fiorentina" heyətini gücləndirmək niyyətindədi.
 
Sport7.az xəbər verir ki, bir neçə gün öncə yeni baş məşqçi ilə anlaşan florensiyalılar, artıq futbolçu transferləri ilə bağlı planlar cızmağa başlayıb. Klubun siyahısında olanlanlardan biri də "Çelsi"nin üzvü Davide Zappakostadı. Futbolçu yeni mövsüm üçün "Zadəganlar"ın planlarına daxil deyil. 

İtaliya mətbuatı Florensiya təmsilçisinin 29 yaşlı italiyalı sağ cinah müdafiəçisi üçün "mavilər”lə təmasa keçdiyini təsdiqləyib. "Çelsi” futbolçunun satışına razıdır. İngilislər Zappakosta üçün 6.8 milyon funt-sterlinq istəyirlər.
 
"İnter”in də sözügedən futbolçu ilə maraqlandığı bildirilir. 
 
2017-ci il avqustun 31-də "Torino”dan 25 milyon avro qarşılığında "Çelsi”yə transfer olunan Zappakosta son iki mövsümü "A” seriyada icarə əsasında "Roma” və "Cenoa”da keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR